Modern.az

Raul Kastro və Barak Obama görüşdülər

 Raul Kastro və Barak Obama görüşdülər

21 Mart 2016, 23:19


Kubanın Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro və ABŞ prezidenti Barak Obama arasında Havanada İnqilab sarayında görüş başlayıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, dövlət himnlərinin səsləndirilməsindən sonra liderlər fəxri qarovulun qarşısından keçiblər.

Danışıqlardan sonra mətbuat konfransının olacağı gözlənilir.  

Bundan öncə Obama Kubanın Milli Qəhrəmanı Xose Martinin abidəsi önünə gül dəstəsi qoyub, Marti muzeyini ziyarət edib, fəxri qonaqlar üçün kitaba ürək sözlərini yazıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir