Modern.az

Ankaradakı terror qurbanlarının sayı 36-ya çatıb

Ankaradakı terror qurbanlarının sayı 36-ya çatıb

21 Mart 2016, 23:39

 

Ankarada martın 13-də törədilən terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir. Məlumata görə, Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydın müalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişib.

Bununla da, terror qurbanlarının sayı 36-ya çatıb.

Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir