Martın 22-də Belçikanı paytaxtı Brüsseldəki hava limanında iki şiddətli partlayış baş verib. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Hadisədən dərhal sonra aeroportdan bütün istiqamətlər üzrə reyslər ləğv edilib. Brüsselə enəcək olan təyyarələrin əksəriyyətinin Amsterdama yönəldildiyi bildirilir.
Partlayışların səbəbləri araşdırılır. Polis terror versiyasını da nəzərdən keçirir...
***
Brüssel hava limanındakı partlayışlar zamanı ən son məlumata görə, 17 nəfər ölüb, 25 nəfər yar
alanıb. Belçika mediası partlayışlardan öncə hava limanıda silah səsləri və ərəbcə qışqırıqlar eşidildiyini açıqlayıb.
***
Brüssel hava limanındakı partlayışlar zamanı ən son məlumata görə, 17 nəfər ölüb, yaralananlar;n say; 30-i keçib...
Modern.az