Modern.az

Rza Zərrabın vəkili onun həbsindən DANIŞDI: “Özləri embarqonu qaldırıblar, mühakimə edirlər”

Rza Zərrabın vəkili onun həbsindən DANIŞDI: “Özləri embarqonu qaldırıblar, mühakimə edirlər”

22 Mart 2016, 12:51



Modern.az
saytı xəbər verir ki, ABŞ-da həbs olunan iş adamı Rza Zərrabın Türkiyədəki vəkili Şeyda Yıldırım “Hürriyət”ə danışıb. Vəkil deyib ki, Rza Zərrab şənbə günü istirahət məqsədli xanımı Ebru Gündeş və qızı ilə Mayamiyə gedibmiş. Və orada da həbs olunub.

Vəkil iş adamına qarşı irəli sürülən iddialarda yer alan ittihamların ticari məsələlər olduğunu, hamısı üzrə müdafiə işinin həyata keçirilə biləcəyini vurğulayıb.

"Onların hamısı ticari məsələlərdir. Hamıya izah edilə bilən işlərdir. İttihamlar ABŞ-ın qoyduğu embarqo ilə bağlıdır. Öz qoyduqları və öz qaldırdıqları embarqo üzrə indi mühakimə edirlər", deyə vəkil bildirib.

Vəkil ittihamnamənin belə qısa müddətdə hazırlanmış olmasına dair sualı “orada istintaq gedirmiş… Bizim xəbərimiz yox idi. Rza bəyin də xəbəri yox idi" deyə cavablandırıb.

Xat;rladaq ki, azərbaycanlı iş adamı İrana qarşı sanksiyaları pozaraq ABŞ-ı aldatmaqda, bank saxtakarlığında və “çirkli” pulların yuyulması”nda ittiham olunur. Mayamidə həbs olununan Zərrab üçün prokurorluq 75 il həbs cəzası istəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu