Modern.az

İŞİD-dən Almaniyaya təhdid: daha çox ölüyə hazır olun!

 İŞİD-dən Almaniyaya təhdid: daha çox ölüyə hazır olun!

22 Mart 2016, 20:11

 

Avropa Brüsseldə baş verən terror hadisələrinin şokunu yaşayarkən İraq-Şam İslam Dövləti (İŞİD) Almaniyanı da təhdid edib. Modern.az xarici mediaya istinadən bildirir ki, “Bild Online”da yer alan xəbərə görə, İŞİD həm Belçika, həm də Almaniyaya yeni hücumlar barədə xəbərdarlıq edib.  

“Abo_omar_170” adlı Twitter hesabından fransızca yayılan paylaşımda, “Siz bizi Şərqdə bombalayırsınız, bu üzdən biz də sizi Qərbdə bombalayırıq. Göz- gözə, diş- dişə” ifadələri yer alıb. Həmin hesabdan başqa bombaların da partladılacağı vurğulanır: “Bu yaxınlarda Almaniyada daha çox bombaya və ölüyə hazır olun!”  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı