Modern.az

Brüssel terrorunda şübhəli bilinənlərin fotosu yayıldı -yenilənib, foto

 Brüssel terrorunda şübhəli bilinənlərin fotosu yayıldı -yenilənib, foto

22 Mart 2016, 20:29

 

Belçika polisi Brüsseldə aeroportda baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki,  söhbət şəkildə əks olunan kişidən gedir. Ağ köynəkli, eynəkli və başında papaq olan kişi qara geyimli, hərəsinin bir əlində qara əlcək olan iki şəxsdən bir az aralı gedir. 

Kişilərin şəxsiyyəti hələlik məlum deyil. Ehtimala görə, əlcəklər partlayıcı qurğunun işə gətirilməsi mexanizmini gizlədə bilər.

***

Belçikanın "Derniere Heure" qəzeti Brüsselin hava limanında baş verən partlayışlarda şübhəli bilinən iki terrorçunun fotosunu yayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki,  fotoda qarşılarında arabalar ilə hərəkət edən iki nəfər təsvir edilib.

Ardınca Belçika polisi terrorçulardan birinin cəsədini aşkar edib. Onun yanında "Kalaşnikov" avtomatı olub.

Qeyd olunur ki, Brüssel polisi bütün şəhər üzrə şübhəli çanta və bağlamaları zərərsizləşdirir. Şəhərlilər partlayış səslərini yeni terror aktları kimi qəbul ediblər.

Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroport və metro stansiyalarında baş verən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb, 198 nəfər yaralanıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi