Modern.az

Rza Zərrabın saxlanacağı həbsxana məlum olub -Foto

 Rza Zərrabın saxlanacağı həbsxana məlum olub -Foto

22 Mart 2016, 23:10

 

ABŞ-ın Mayami şəhərində həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın FDC Mayami həbsxanasında qalacağı öyrənilib. Modern.az saytı xəbər verir ki, 19 martda Mayamidə saxlanılan Rza Zərrab dünən məhkəmə önünə çıxarılıb. Məhkəmədə hazırlanan 20 səhifəlik iddianamədə isə ona 75 il həbs cəzası verilməsi istənilib.  

Lent.az-ın məlumatına görə, indi onun FDC Mayami həbsxanasında 09135-104 nömrəli, yaxşı mühafizə olunan hücrədə saxlandığı iddia edilir. 

Qeyd edək ki, R.Zərrab İrana qoyulan embarqoları pozmaqda, çirkli pulların yuyulmasında və bank saxtakarlığında ittiham edilir.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir