Modern.az

Türkiyə prezidenti Rusiyaya başsağlığı verib

 Türkiyə prezidenti Rusiyaya başsağlığı verib

Dünya

23 Mart 2016, 01:05


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 18-dən 19-na keçən gecə Rostov hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya xalqına və həlak olanların qohumlarına başsağlığı verib.  Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının saytında dərc edilmiş məlumatda bildirilir.

“Martın 19-da Rostovda baş vermiş təyyarə qəzası nəticəsində 44-ü Rusiya vətəndaşı olmaqla, 62 nəfərin ölümü barədə xəbərdən çox təəssüfləndim. Şəxsən öz adımdan və Türkiyə xalqı adından həlak olanların ailələrinə və yaxınlarına, bütün Rusiya xalqına, habelə həmin təyyarə qəzasında vətəndaşlarını itirən Ukrayna, İspaniya, Hindistan, Özbəkistan, Qırğızıstan, Kolumbiya, Seyşel Adalarına və Cənubi Kiprə başsağlığı verirəm”, - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, Dubay-Rostov marşrutu ilə uçan “Boeing 737-800” tipli təyyarə martın 19-da saat 3.42-də Rostov hava limanında qəzaya uğrayıb. Nəticədə, 55-i sərnişin, 7-si isə ekipaj üzvü olmaqla 62 nəfər ölüb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar