Modern.az

Prezidentliyə namizəd arvadının çılpaq şəklinə görə dalaşdı - Foto

 Prezidentliyə namizəd arvadının çılpaq şəklinə görə dalaşdı - Foto

23 Mart 2016, 20:58

 

ABŞ prezidentliyinə potensial namizədlər Donald Tramp və Ted Kruz Twitter-də söyüşüblər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb Tramp əleyhinə kampaniya aparan RAC Make America Awesome hərəkatı fəallarının onun arvadının açıq-saçıq fotolarını yayması olub.

Bu görüntünün altında yazılıb: “Melaniya Trampla tanış olun, sizin növbəti birinci ledinizdir. Yoxsa siz Ted Kruza səs verə bilərsiniz”.

“Ted-yalançı, indicə Melaniyanın GQ reklamından fotosundan istifadə edib. Ehtiyatlı ol, Ted-yalançı, əks halda mən sənin arvadının gizlinlərini aça bilərəm”, Tramp özünün Twitter-аkkuantında yazıb. Ancaq o, Xaydi Kruzun hansı gizlinlərindən söhbər getdiyini açıqlamayıb.

Kruz isə cavabında foto ilə bağlılığının olmadığını bəyan edib: “Donald, əgər sən Xaydi incitməyə cəhd göstərsən, onda sən mən düşündüyümdən daha əclafsan”.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir