Modern.az

Virtual hücuma ən həssas kompüter qurğusu

Virtual hücuma ən həssas kompüter qurğusu

24 Mart 2016, 01:02

 

Milyonlarla insanın gündəlik istifadə etdiyi simsiz siçan, virtual hücuma ən həssas olan kompüter qurğularındandır.   Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, San-Fransisko şəhərində kiber təhlükəsizlik üzrə “Bastil” startap şirkətində çalışan proqramçılar Mark Nyulin və Belint Siber bir-birinin kompüterinə qanunsuz giriş həyata keçirməyə çalışırlar. Onların dediyinə görə, müxtəlif şirkətlərin istehsal etdiyi simsiz siçanlar şifrələnməmiş siqnallarla işlədiyindən dünyada milyonlarla şəbəkə və milyardlarla kompüter haker hücumlarına həssas vəziyyətə gəlib.  

Mark Nyulin əmin edir ki, yüksək bacarıqlı haker həmin siqnalla müdaxilə etməklə, öz klaviaturasını sistemə qoşa və onu öz kompyuteri kimi istənilən şəkildə idarə edə bilər. Hakerə bunun üçün antenna, elektron açar adlandırlan simsiz ötürücü çip və bir neçə sadə əmr kodunu bilmək lazım gəlir.  

Elektron açar simsiz siçanın siqnalına müdaxilə edir və hədəf komputer hakerin virtual hücumunu sadəcə sistemə daxil olan simsiz siçan sanır. Bundan sonra hakerin sistemi tam nəzarətə götürməsi bir neçə saniyə çəkir. Proqramçılar belə hallardan qorunmaq üçün simsiz siçanlar üçün şifrəli sensorlar hazırlamağa çalışırlar.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı