Modern.az

Canavar və it səsli siqnallar deputatları da narahat edirmiş

Canavar və it səsli siqnallar deputatları da narahat edirmiş

Təhsil

21 Dekabr 2010, 19:17

Dekabrın 21-də Milli Məclisdə «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın təsdiq edilməsi, «Yol nişanları və siqnalları haqqında» 1968-ci il Konvensiyanı tamamlayan Avropa Sazişinin təsdiq edilməsi və «Yol nişanları və siqnalları haqqında» 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin «Yolların nişanlanması barədə» Protokolunun təsdiq edilməsi haqqında qanun layihələri müzakirə edilərək qəbul olunub.
Modern.az-ın məlumatına görə, müzakirələr zamanı çıxış edən deputat Elmira Axundova son vaxtlar Azərbaycanda canavar, it, digər vəhşi heyvanların, habelə müxtəlif filmlərdən personajlarının səslərini çıxaran, həyəcan siqnalı verən səs siqnallarının avtomaşınlara quraşdırılmasından narahatlığını bildirib. Deputat yuxarıda qeyd olunan qanun layihələrini təqdim edən parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayevə sualla müraciət edib: «Küçələrdən canavar, it səsi nə vaxt yığışdırılacaq? Buna qarşı tədbir görüləcəkmi?».

Çingiz Əsədullayev isə bildirib ki, təqdim olunan qanun layihələrinin bu məsələlərə heç bir aidiyyatı yoxdur: «Lakin həqiqətən də bu cür eybəcər səslər çıxaran səs siqnalları hər kəsi narahat edir və gələcəkdə buna qarşı hansısa qərarların qəbul edilməsi vacibdir».

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə