Modern.az

İŞİD Avropaya qarşı 600 döyüşçü hazırlayıb - XƏBƏRDARLIQ

İŞİD Avropaya qarşı 600 döyüşçü hazırlayıb - XƏBƏRDARLIQ

24 Mart 2016, 12:55

“İslam dövləti” (İŞİD) terror qruplaşması Avropada terror aktları törətmək üçün 400-600 civarında döyüşçü hazırlayıb.

Modern.az “Associated Press”ə istinadən bildirir ki, İŞİD Paris və Brüsseldəki terrorların davamı olaraq Avropada ölümcül ssenariləri həyata keçirmək niyyətindədir.  

Mənbələrin verdiyi məlumata görə, İŞİD-in Suriyada, İraqda, postovet ölkələrində təlim keçən ekstremistləri Qərbə qarşı hücum planlaşdırırlar.

Avropa İttifaqındakı təhlükəsizlik xidmətlərinin əməkdaşlarından biri isə bildirib ki, İŞİD Avropada terror aktlarının həyata keçirilməsi strategiyasını hazırlayır.  

“Bu terror şəbəkəsinə daxil olan döyüşçülər taktiki vərdişlərə yiylənir. Onlara partlayıcı maddələrlə davranış qaydalarını öyrədirlər. 2014-cü ildə İŞİD döyüşçülərini iki həftə ərzində yetişdirirdi. İndi isə strategiya dəyişib və xüsusi dəstələr yaradılıb". 

Qeyd edək ki, 22 martda Brüssel hava limanında və “Maalbek” metro stansiyasında törədilən terror aktı nəticəsində 31 nəfər ölüb, 300-dən çox insan isə yaralanıb.  

Aqşin KƏRİMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?