Modern.az

Elmira Süleymanova Misir Mərdanova müraciət edib

Elmira Süleymanova Misir Mərdanova müraciət edib

Təhsil

21 Dekabr 2010, 19:53

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığının vəziyyəti ilə əlaqədar olaraq təhsil naziri Misir Mərdanova məktubla müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir: «Məlum olduğu kimi, respublikamızdakı orta ümümtəhsil məktəblərinin qış aylarına hazırlığının təmin edilməsi üçün bir çox təhsil müəssisələri istilik sistemi ilə təchiz edilib. Bu sahədə vəziyyətin araşdırılması məqsədilə Bakı şəhərinin orta məktəb şagirdləri arasında apardığımız sorğu nəticəsində məlum olub ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki 2 saylı Xocavənd məktəbi, Xətai rayonundakı 17, Binəqədi rayonundakı 272 və Nəsimi rayonundakı 292 saylı orta məktəblərdə istilik sistemi ilə bağlı problemlər var. Bu isə uşaqların keyfiyyətli təhsil almalarına, onların sağlamlığına mənfi təsir göstərir. Qeyd edilənləri nəzərə alaraq, bütün məktəb binalarının istilik sistemi ilə təmin olunması, xüsusilə adıçəkilən məktəblərdə problemin aradan qaldırılması istiqamətində tədbirlər görməyinizi və nəticəsi barədə bizə məlumat verməyinizi Sizdən xahiş edirəm».

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə