Modern.az

Kişi ilə nikahsız münasibətdə olan qadın qamçılandı - FOTOLAR

 Kişi ilə nikahsız münasibətdə olan qadın qamçılandı  - FOTOLAR

24 Mart 2016, 20:21

 

Şəriət qanunlarının tətbiq edildiyi İndoneziyada bir qadın evlənmədən cinsi münasibət yaşadığı iddiası ilə ölənə qədər qamçılanıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qan donduran hadisədə qadın özündən keçəndə xərəyə qoyularaq qamçılandığı ərazidən uzaqlaşdırılıb.

Gənc qadın kəbinsiz cinsi əlaqədə olduğu üçün xalqın qarşısında qamçılanıb. İzdihamın içinə nəzarətçilər tərəfindən gətirilən qadın hıçqırıqlar içində zorla dizləri üstündə yerə oturdulub. Sonra maskalı bir adam əlindəki qırmancla gənc qadını dəfələrlə qamçılayıb. Ağrılara dözə bilmədiyindən halı pisləşən qadın xərəyə qoyularaq edam sahəsindən çıxarılıb.

Gənc qadın cəzasını çəkdikdən sonra müalicə altına alınıb. İndoneziyadakı dəhşət bununla məhdud qalmayıb. Qadın sonradan bir adamla yenə evlilikdən kənar cinsi cinayəti törətdiyi səbəbindən qamçılanıb.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub