Modern.az

Gəncədə 70 mama-ginekoloq kurslara cəlb edilib

Gəncədə 70 mama-ginekoloq kurslara cəlb edilib

Təhsil

22 Dekabr 2010, 10:42

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə Türkiyənin Səhiyyə Nazirliyinin nəzdindəki Ankara Etlik Doğum Evinin mütəxəssisi, akuşer-ginekoloq doktor Mustafa Urfi Tatar tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilir.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, kurslar əsasən ginekologiyanın aktual məsələlərinə, patoloji doğuş, doğuş qanaxmaları və doğuş zamanı yarana biləcək hər hansı bir fəsadın vaxtında aradan qaldırılması kimi mövzulara həsr olunub. Təlimlərə Gəncə və ətraf rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan 70 mama-ginekoloq cəlb edilib. Dekabrın 27-dək davam edəcək kurslar Gəncə Perinatal Mərkəzin bazasında keçirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə