Modern.az

Ata iki qızını öldürdü

Ata iki qızını öldürdü

25 Mart 2016, 13:46


Martın 23-də Dağıstanda 49 yaşlı ata iki qızını əxlaqsız davranışlarından şübhələndiyi üçün öldürdüyünü etiraf edib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, ata deyib ki, qızlarını ötən il dekabr ayında öldürüb meyitlərini kənndən kənara çıxararaq dağlıq ərazidə basdırıb.

Dağıstanın Kayakənd rayonunun Karanayaul kəndinə öldürülən qızlardan kiçiyinin 16 yaşı olub. Dağıstanlı kişi sorğu-sual zamanı qızları ilə amansızcasına davranmasının səbəbini onların gəzməkdən evə gec qayıtmaları ilə izah edib. Bu cinayət hadisəsinin üstü hüquq-mühafizə orqanlarının qızların uzun müddət yoxa çıxmaları ilə bağlı daxil olan məlumatı araşdırmaq üçün keçirdiyi operativ-axtarış tədbirləri zamanı açılıb. Atanın fikrincə, qızların bu cür davranışı dağlılar üçün qəbul edilməzdir. Şimali Qafqaz respublikalarında isə belə hadisələr vaxtaşırı baş verir.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı