Modern.az

Brüsseldə növbəti partlayış olub - Video

 Brüsseldə növbəti partlayış olub  - Video

Dünya

25 Mart 2016, 21:21

 

Belçika polisi paytaxt Brüsseldə xüsusi əməliyyat keçirib.  Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, sosial şəbəkədə anti-terror əməliyyatının görüntüləri yayılıb.

Xüsusi anti-terror əməliyyatı şəhərin Skarbek kommunasında keçirilib.

Verilən məlumata görə, əməliyat zamanı bir nəfər öldürülüb. Hadisə şahidləri əməliyyat zamanı 2 partlayış baş verdiyini və çoxlu güllə səsləri eşidildiyini bildirib.

Yerli sakinlərdən biri keçirilən əməliyyatı evinin pəncərəsindən çəkməyi bacarıb.

Görüntülərdə dayanacağda məhv edilən əli silahlı terrorçunun mina axtaran robot-istehkamçı tərəfindən yoxlanıldığı görünür. Daha sonra polis cəsədi hadisə yerindən götürüb. Hadisə zamanı ətrafda olan insanlar təxliyyə olunub.

Brüsseldəki "Zaventem” beynəlxalq havalimanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb. Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nacim Laaşraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.

O, Anderlext əyalətində saxlanılıb. Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir. Bu arada ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“Terrorçu qruplaşmalar qısamüddətli perspektivdə bütün Avropa məkanında terror aktları törətməyi planlaşdırırlar, onların hədəfi idman tədbirləri, turizm obyektləri, restoranlar və nəqliyyatdır”, - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu