Modern.az

Belarusda pensiya yaşı artırılır

 Belarusda pensiya yaşı artırılır

25 Mart 2016, 21:44

 

Belarusda pensiya yaşının 3 il artırılması ilə bağlı variant prezident Aleksandr Lukaşenkonun yanında keçirilən müşavirədə daha məqbul hesab edilib. Modern az-ın Belarus mediasına istinadən verdiyi xəbərə görə, əgər bu variant qəbul edilərsə, qadınlar 58, kişilər 63 yaşında pensiyaya çıxacaqlar.

Belarusun əmək və sosial müdafiə naziri Marianna Şetkinanın sözlərinə görə, iqtisadi cəhətdən daha sərfəli variant müvafiq olaraq 60 və 63 yaşdır.

Belarusda pensiya yaşının artırılması 2017-ci il yanvarın 1-dən başlayacaq. Keçid 6 ay sürəcək.

Prezident Lukaşenko gələn həftə pensiya sistemində islahatlarla bağlı sənədi imzalamaq niyyətindədir. Hazırda Belarusda qadınlar 55, kişilər 60 yaşından pensiyaya çıxırlar. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi