Amerikada prezidentlik uğrunda mübarizəyə qoşulanlar və onların tərəfdarları birgə səyləri nəticəsində fevral ayının sonunda öz təbliğat kampaniyaların keçirilməsi üçün 1 milyard dollardan çox toplayıblar. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 2012-ci il seçkilərində bu məqama qədər hər iki partiyadan olan namizədlər yalnız 402,7 milyon dollar toplaya bilmişdilər.
Məlumatda qeyd edilir ki, ölkəyə rəhbərlik etməyi arzulayan indiki siyasətçilər fondların köməyi olmadan 623,8 milyon dollar toplaya biliblər. 2008-ci il kampaniyasının gedişində bütün namizədlər öz səyləri hesabına seçki ilinin indiki məqamında 812 milyon dollar toplamışdıar.
Həm Demokratlar Partiyasının, həm də Respubikaçılar Partiyasının namizədləri arasında rekordçu 162, 8 milyon dollarla ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintondur. Bu, onun 8 il əvvəl bu zamanadək topladığından 11,1 milyon dollar çoxdur. Keçmiş birinci ledinin sayəsində Demokratlar Partiyasından olan namizədlər 312,4 milyon dollar toplayıblar. 2012-ci ildə isə bu göstərici 168,4 milyon dollar idi.
Respublikaçılara gəldikdə, onların topladığı pul demokratlarla müqayisədə kifayət qədər azdır – 311,5 milyon dollar. 2012-ci ildə bu göstərici 145,9 milyon dollar olub.
Modern.az