Modern.az

FHN ağır qəza ilə bağlı məlumat yaydı

 FHN ağır qəza ilə bağlı  məlumat yaydı

Təhsil

26 Mart 2016, 00:36

 

Fövqəladə Hallar Nazirliyi ötən gün Neftçalada 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. Modern.az saytı  xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Xıllı qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması haqqında məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən M.Mehdiyevanın cəsədi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı