Modern.az

İŞİD-in yeni planı: Hədəfdə 9 ölkə var

İŞİD-in yeni planı: Hədəfdə 9 ölkə var

Təhsil

26 Mart 2016, 13:27


Beynəlxalq terrorçu fəaliyyətlərə qarşı kəşfiyyat araşdırmalarında terror təşkilatı İraq-Şam İslamDövlətinin (İŞİD) yeni fəaliyyət planları ifşa edilib. Modern.az xarici mediaya istinadən bildirir ki, təşkilatın Türkiyə də daxil olmaqla 9 ölkədə terror aktları planlaşdırdığını müəyyən edən xüsusi xidmət orqanları əldə etdikləri məlumatları martın 8-də yayıblar.

Məlumatda qeyd edilir ki, Qaziantepdə İŞİD-ə qarşı əməliyyatın ardından təşkilata aid bir evdə əhəmiyyətli tapıntılara çatan xüsusi xidmət orqanları terror təşkilatının hücumlarda istifadə edəcəyi partlayıcıların da Türkiyədə ələ keçirildiyini məruzə edib.

Həmin evdə aparılan tədqiqatda İŞİD-in yəhudilərin toylarına qarşı terror hazırlığı içində olduğu müəyyənləşdirilib. Bununla bağlı məlumat 81 şəhərdə hüquq-mühafizə orqanlarına çatdırılıb. Şiə vətəndaşların və icma liderlərinin yaşadığı yerlər və Rusiya ilə bağlı müəssisələrdə də təhlükəsizlik gücləndirilib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı