Modern.az

Belçikalı nazir Ərdoğanın xəbərdarlığını ciddiyə almadıqlarını ETİRAF etdi

Belçikalı nazir Ərdoğanın xəbərdarlığını ciddiyə almadıqlarını ETİRAF etdi

Təhsil

26 Mart 2016, 14:00


Belçika mətbuatı terror hücumlarından sonra prezident Ərdoğanın verdiyi açıqlamaları "Fatehin toplarının İstanbul divarlarına zərbə endirməsinə" bənzədib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlamadan sonra Belçika Daxili İşlər naziri Türkiyənin xəbərdarlığını ciddiyə almamaqda səhv etdiklərini qəbul edib.

Belçikanın “DH qəzeti” prezident Ərdoğanı, Fatih Sultan Mehmetİ xatırlatdığını qeyd edib. Qəzet, "İkinci Mehmetin topu İstanbul divarlarını necə sarsıtdısa, Ərdoğanın şərhi da Loi Prospekti 16 ünvanının (baş nazirlik binası) divarlarını eləcə silkələdi” deyə yazıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belçikadakı hücumları həyata keçirənlərdən biri olan İbrahim Əl Bakraouinin iyun ayında Suriya sərhəddində tutulduğunu və 14 İyulda Hollandiyaya deportasiya edildiyini, məsələ ilə bağlı həm Niderland, həm də Belçika tərəfini xəbərdar etdiyini bildirib.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı