Modern.az

Şəhid hərbçimiz Tərtərdə dəfn olunub

Şəhid hərbçimiz Tərtərdə dəfn olunub

Təhsil

26 Mart 2016, 15:10


Ötən gün cəbhə xəttində şəhid olan kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Apa-nın bölgə müxbirinin verdiyi məlumata görə, erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olan E. Abbaszadənin dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda hərbi orkestr Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib. 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı