Modern.az

Deputat parlamentə tapança ilə gəldi

 Deputat parlamentə tapança ilə gəldi

Dünya

26 Mart 2016, 20:02

 

Slovakiya parlamentinin Rusiya meylli “Kotleba – Bizim Slovakiya Xalq Partiyası”ndan olan deputatı Pyotr Krupa psixiatriya ekspertizasından keçməlidir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ekspertiza deputatının parlamentə odlu silahla gəlməsindən sonra təyin edilib.

Məlumatda qeyd edilir ki, Pyotr Krupa yeni seçilən parlamentin birinci və ikinci iclaslarına 9 millimetrli kalibrli tapança ilə gəlib, nəhayət polis silahı onun əlindən alıb. Bundan sonra Krupa silah saxlama icazəsindən məhrum edilib.

Onun silahı yenidən əldə etməsi üçün psixiatriya ekspertizasından keçməsi zərurəti yaranıb.

Deputatın silah gəzdirmək icazəsindən məhrum edildiyini təsdiqləyən polis onu da xəbər verib ki, onun mənzilində axtarış zamanı hər birinin müvafiq sənədi olan 6 odlu silah götürülüb.

Polisdə onu da qeyd ediblər ki, Slovakiya qanunverciliyinə görə silah saxlamaq razılığı yalnız digər vətəndaşların həyatına təhlükə törətməyən şəxslərə verilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!