Modern.az

Belarusda hakimiyyət əleyhinə mitinq keçirildi- Fotolar

 Belarusda hakimiyyət əleyhinə mitinq keçirildi- Fotolar

26 Mart 2016, 20:25

 

Minskdə Azadlıq Günü milli bayramı münasibətilə hökumət əleyhinə möhtəşəm aksiya keçirilib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, belarusların etirazı indiki hakimiyyətə və ölkənin Avropa ilə bağlı gələcəyinə olub.

Tədbirin təşkilatçıları olan müxalifət partiyalarının liderləri və prezidentliyə keçmiş namizədlər çıxış ediblər. Min nəfərə yaxın belaruslu, demokratik qüvvələrin fəalları və tərəfdarları Minskin mərkəzi meydanına çıxaraq ölkənin siyasi kursu ilə bağlı narazılıqlarını bildiriblər.

Məlumatda qeyd edilir ki, mitinqdə müxtəlif sosial təbəqələrin nümayəndələri, pensiyaçılar, tələbələr, eləcə də yüzlərlə iş adamı iştirak edib. Nümayiş milli rəmzlərlə yanaşı, Ukrayna və Avropa ölkələrinin bayraqları da qaldırılıb.

Mitinqin təşkilatçıları qeyd ediblər ki, indiki hakimiyyət vətəndaşların hüquq və azadlıqlarına əhəmiyyət vermir. Hakimiyyətlə razılaşdırılan aksiya iki saatdan çox davam edib.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?