Modern.az

Türkiyənin Altıeylül bölgəsində Qarabağ parkı açılacaq

Türkiyənin Altıeylül bölgəsində Qarabağ parkı açılacaq

Təhsil

27 Mart 2016, 12:19


Türkiyənin Balıkesir bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Altıeylül bələdiyyə başçısı Zekai Kafaoğlu ilə görüşüb. Q.Paşayeva yaxın  zamanlarda Altıeylülün  mərkəzi  parklardan birinə  Qarabağ  adının veriləcəyinə inandığını deyib  və  Altıeylül bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili iki qardaş ölkənin bölgələri arasında əməkdaşlıqların daha da geişləndiyinə diqqət çəkərək Altıeylül bələdiyyəsi ilə Azərbaycan bölgələri arasında da bütün istiqamətlərdə əməkdaşlığın daha da artacağına inandığını deyib.

Azərbaycanı çox sevdiyini deyən Altıylül bələdiyyə başçısı Zekai Kafaoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Altıeylüldə Qarabağ parkı ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirərək bu təklifə baxılacağını deyib.

Q.Paşayeva Altıeylül  bələdiyyə başçısı Zekai Kafaoğlu ölkəmizə dəvət edib, ona həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib. 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı