Modern.az

Brüsseldə terror qurbanlarını anma mərasimdə toqquşma olub

 Brüsseldə terror qurbanlarını anma mərasimdə toqquşma olub

Dünya

27 Mart 2016, 20:00


Brüsseldə terror qurbanlarını yad edilməsi üçün təşkil edilən mitinq dinc şəraitdə başlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, insanlar meydana şam və gül-çiçək gətiriblər. Sonradan meydana qara geyimdə gənclər gəliblər. Onların arasında çoxlu futbol fanatı olub, özləri ilə pivə və digər spirtli içki, eləcə də partlayıcı paketlər gətiriblər.

Məlumatda qeyd edilir ki, hansısa məqamda cavanlar polislərə qarşı aqressiyalı davranıblar, nəticədə toqquşma baş verib.

Hüquq-mühafizə orqanları mitinq edənləri ətrafdakı küçələrə dağıtmaq üçün sudan istifadə ediblər. həyəcan yaşanıb və adamların çoxu qaçmağa başlayıb. Saxanılanların olmadığı bildirilir.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?