Modern.az

Pakistanda güclü partlayış: 65 ölü, 300 yaralı, Yenilənib

 Pakistanda güclü partlayış:  65 ölü, 300 yaralı, Yenilənib

27 Mart 2016, 20:29

 

Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. “Reuters” agentliyinin yaydığı məlumata görə, partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir. *****

Pakistanın şərqindəki Lahor şəhərindəki “Gülşən-e-İkbal” uşaq parkında partlayış olub. Modern.az xarici mediaya istinadən bildirir ki, ən azı 53 nəfər həlak olub, 200-ə yaxın yaralı var. 

Partlayışa görə məsuliyyəti hələ ki heç bir terror qruplaması boynuna götürməyib. Ölənlərin və yaralananların əksəriyyətinin uşaqlar və qadınlar olduğu bildirilir. Partlayış törədilən park rayonun ən çox adam toplaşan yeridir. Partlayış parkın qapısı yaxınlığında törədilib. Şahidlər bunun terror aktı olduğunu iddia edirlər.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir