Modern.az

Deputat dövlət ali məktəblərinin özəlləşdirilməsini təklif edir

Deputat dövlət ali məktəblərinin özəlləşdirilməsini təklif edir

Parlament

23 Oktyabr 2009, 16:49

“Biz bazar iqtisadiyyatında yaşayırırq. Ancaq bu o demək deyil ki, bazar iqtisadiyyatında xaos höküm sürməlidir. Əgər bu gün dövlət ali təhsil müəssisələrinin fəaliyyəti üçün külli miqdarda vəsait ayrılır və arzuolunan nəticəyə nail olunmursa, deməli, burada hansısa çatışmazlıqlar var”-deyə Milli Məclisin deputatı Nazim Məmmədov Modern.az saytına bildirib. Onun sözlərinə görə, bu gün ali təhsil müəssisələrinə abituriyent yerlərinin Təhsil Nazirliyi, yaxud da digər icra orqanının müəyyənləşdirməsi doğru deyil: “Hesab edirəm ki, hazırda dövlət ali təhsil müəssisələri düzgün idərə olunmur. Dövlət qulluğuna işəgötürmə ilə bağlə statistikaya əsaslansaq, qəribə bir mənzərənin şahidi olarıq. Sanki ali təhsil müəssisələrimiz hələ də diplom verməklə məşğuldur, mütəxəssis yetişdirmək kimsənin marağında deyil. Bəs diplom verənə qədər tələbələr üçün çəkilən xərc? Bu mənada mən həmin pulların havaya sovrulması qənaətindəyəm. Əgər diplom alan şəxs təhsil aldığı sahənin mütəxəssisi deyilsə, bu, məndə çox böyük pessimistlik yaradır”.

Gələn ilin büdcəsində dövlət ali təhsil müəssisələri üçün 138 milyon manatdan artıq vəsaitin ayrıldığını deyən deputat hesab edir ki, bu sahədə islahatlar sürətlənməsə, əvvəlki ilərdən  heç bir fərq olmayacaq: “Fikrimcə, hər şeyin konkret ölçüsü nəticədir. Nəticə isə göz önündədir. Ona görə də yaxşı olardı ki, mərhələli şəkildə dövlət ali təhsil müəssisələrinin özəlləşdirilməsinə başlanılsın. İnstitutları versinlər kollektivin öhdəsinə, onlar da sifarişə uyğun fəaliyyət göstərsinlər. O zaman kollektiv yaxşı mütəxəssis yetişdirməkdə maraqlı olacaq”.

Qaldı dövlət ali təhsil müəssisələrinin idarəetmədə qüsurlara yol verməklərinə, deputat deyib ki, istənilən debatda bunu onlara sübut etməyə hazırdır.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi