Modern.az

Putin Ruhaniyə zəng etdi

Putin Ruhaniyə zəng etdi

28 Mart 2016, 15:58


Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhaniyə zəng edib.

Modern.az xəbər verir ki, Kremlin yaydığı rəsmi məlumatda bildirilir ki, Putin və Ruhani Suriyanın Palmira şəhərinin hökumət qüvvələri tərəfindən azad olunmasını müzakirə ediblər.

Hər iki dövlət başçısı regional sabitliyin təmin olunmasının vacibliyi və Tehran-Moskva əlaqələrinin daha da intensuivləşməsi barədə razılığa gəliblər.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir