Modern.az

“Putin NATO-nu 10 dəqiqəyə məhv edər”

“Putin NATO-nu 10 dəqiqəyə məhv edər”

28 Mart 2016, 16:20

Böyük Britaniyanın “Daily Star” qəzeti Rusiyanın hərbi potensialının NATO-nu 10 dəqiqə ərzində məhv etməyə kifayət etdiyini yazıb.

Modern.az qəzetə istinadən xəbər verir ki, Rusiyanın arsenalındakı nüvə arsenalı NATO-nunkundan 10 dəfə çoxdur.  

“Amerikalı ekspertlərin hesablamalarına görə cənab Putinin 890 nüvə başlığı daim hazır vəziyyətdədir və bir neçə dəqiqə ərzində istənilən hədəfi vura bilər. Həmin raketlərdən birinin gücü isə Hirosimadakı faciədən min dəfə dəhşətli dağıntılar yaradacaq”.  

Qəzetin məlumatına görə nüvə başlıqlı raketlər Ujur, Kozelsk, Tatişevo və Dombarovsk rayonlarında yerləşdirilib.  

“Daily Star” 2016-cı ildə Rusiyanın NATO sərhədlərində aktivliyinin daha da artacağını proqnozlaşdırır.  

“Pentaqonun kəşfiyyat idarəsinin rəisi Vinsent Süart 2016-cı ildə Rusiyanın NATO sərhədlərindıə aktivliyinin artdığını bildirib. Suriyada hava əməliyyatları, Ukraynadakı hərbi müdaxilə və Arktikadakı intensiv hərbi militaristləşmə Rusiyanın artan aqressivliyinin sübutudur”.  

Britaniya qəzeti Rusiyanın 3-cü Dünya Müharibəsinin başlayacağı təqdirdə NATO-nun 10 dəqiqəyə məhv edə biləcəyini deyib.  

Vüqar İsmayılov   

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi