Modern.az

Porşenko Rusiyaya: “Rədd olun”

Porşenko Rusiyaya:  “Rədd olun”

28 Mart 2016, 18:28

Ukrayna prezidenti Pyotr Poroşenko Donbas bölgəsinə səfər edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bölgədə sülhün bərpa olunmasının vacibliyindən danışan Poroşenko rus qoşunlarını bölgədən “rədd olmağa” çağırıb.  

“Sülhün bərpa olunması çox önəmlidir. Qoy Donbasda tank səsi eşidilməsin, toplardan atəş açılmasın, ukraynalılar ölməsin.

Qoy nəhayət ki, Minsk razılaşmaları qüvvəyə minsin, rus qoşunları burdan rədd olsun. Burdan ukraynalılar adından müraciət edirəm: Rədd olun”.  

Xatırladaq ki, rəsmi Moskva qoşunlarının Ukraynada olmasını inkar edir.  

Vüqar İsmayıəlov  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu