Modern.az

Təyyarəni qaçıran şəxs Amerikada professor imiş

Təyyarəni qaçıran şəxs Amerikada professor imiş

29 Mart 2016, 14:07

Misirə məxsus təyyarəni qaçıran misirli İbrahim Samah ABŞ-ın Atlanta universitetinin professorudur. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Misirin güc strukturlarında mənbə xəbər verib.

Məlumatda qeyd edilir ki, o, Borq əl-Arab-Kipr marşrutunu yerinə yetirən A320 təyyarəsinə sərnişin kimi qeydiyyatdan keçib və 38K yerində oturub.

Bundan əvvəl məlum olub ki, Samah ələ keçirdiyi təyyarə ilə Türkiyə hava limanlarından birinə  getməyi nəzərdə tutub, ancaq yanacaq ehtiyatı ona Bosfor sahilinə qədər çatmağa imkan verməyib. Bu səbəbdəb pilotlar təyyarəni Kiprdə endiriblər.

Professorun Türkiyə getməkdə məqsədinin köçkün statusu alaraq, sonradan  Avropa ölkələrindən birinə yollanmaq olduğu bildirilir.


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir