Modern.az

İlham Əliyev İmperatoru təbrik edib...

İlham Əliyev İmperatoru təbrik edib...

Təhsil

22 Dekabr 2010, 18:37

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib. “Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm”-deyə yazan prezident iki ölkə arasında əlaqələrin yüksək səviyydə olduğunu vurğulayıb.

“Bu gün Azərbaycan-Yaponiya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələrinin, bir çox sahələri əhatə edən və qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığımızın inkişafı bundan sonra da müvəffəqiyyətlə davam edərək xalqlarımızın rifahına xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımızı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh və rifah diləyirəm”-deyə prezidentin məktubunda qeyd olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə