Modern.az

“İl Foglio” qəzeti: “Şayiə dolu yazıya görə Mehriban Əliyevadan üzr istəyirik”

“İl Foglio” qəzeti: “Şayiə dolu yazıya görə Mehriban Əliyevadan üzr istəyirik”

Təhsil

22 Dekabr 2010, 19:57

Bizim məqalədə istifadə etdiyimiz mənbələr tamamilə etibarsız çıxdı, biz öz səhvimizi etiraf edirik”

İtaliyanın “İl Foglio” qəzeti dekabrın 3-də Azərbaycan prezidentinin həyat yoldaşı barədə dərc etdiyi məlumata görə rəsmi şəkildə üzr istəyib. Modern.az “İl Foglio” qəzetinin rəsmi saytına istinadən bildririr ki, qəzet yalan informasiya yaydığına görə, Mehriban Əliyevadan və bütün Azərbaycan xalqından üzr istəyir.

Təzkib yazısında deyilir: “Redaksiya Azərbaycan prezidentinin həyat yoldaşı barədə dərc etdiyi bu eybəcər və şayiə xarakterli yazıya görə təəssüf hissi keçirir. Biz bu təkzibi dərc etməklə Azərbaycanın birinci xanımı, ölkə parlamentinin üzvü olan Mehriban Əliyevadan Azərbaycan prezidenti İlham Əliyevdən və bütün Azərbaycan xalqından üzr istəyirik. Hesab edirik ki, biz belə yalan məlumat dərc etməklə birinici lediyə qarşı qərəzli münasibət sərgiləmiş və onun nufuzuna hörmətsizilik nümayiş etdirimişik. Buna görə üzr istəyirik”.

 “Bizim məqalədə istifadə etdiyimiz mənbələr tamamilə etibarsız çıxdı, biz öz səhvimizi etiraf edir və üzrxahlıqla bu təkzibi dərc edirik. Biz hesab edirik ki, jurnalist səhvinə və günahına görə Azərbaycan və italyan xalqları arasında münasibətlərə xələl gətirməyəcək".

Təkzib qəzetin ana səhifəsinin ortasında yerləşdirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə