Modern.az

İlham Əliyev İstanbulda önəmli görüşlər keçirib (fotolar)

İlham Əliyev İstanbulda önəmli görüşlər keçirib (fotolar)

Təhsil

23 Dekabr 2010, 10:17

İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak etmək üçün Türkiyədə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə dekabrın 22-də İstanbulun “Dolmabaxça” sarayında Baş nazir Rəcəb Tayyib Ərdoğanın adından qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib. (AzərTAc).

Dekabrın 22-də İstanbulda, “Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olub.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıl;b.

Dekabrın 22-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Ölkələr arasında strateji tərəfdaşlığa söykənən dostluq münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü də baş tutub. Görüşdə iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışılıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə