Modern.az

Şimali Koreyada sakinlərə çağırış: “Aclığa hazır olun”

Şimali Koreyada sakinlərə çağırış: “Aclığa hazır olun”

Dünya

30 Mart 2016, 11:29


Şimali Koreya rəhbərliyi ölkə sakinlərini növbəti dəfə aclığa hazır olmağa çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Əmək Partiyasının mərkəzi orqanı olan “Nodon Sinmun” qəzetindəki məqalədə söz açılıb.

“İnqilaba gedən yol uzun və çətin olacaq. Biz çox güman ki, yenə də “əmək yürüşü”nə çıxaraq bitki köklərini yeməyə məcbur olacağıq. Hətta biz öz həyatlarmızı verməli olsaq da, liderimiz Kim Çen Inın yoluna sadiq qalmayılıq”.

Bu addımlar Şimali Koreya rəhbərliyinin nüvə və ballistik raket sınaqlarına qarşı BMT və ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlıdır. Sanksiyalar Şimali Koreya şirkətləri ilə ticarət əlaqəsi qurmağı qadağan edir.

“Əmk yürüş” termini Şimali Koreya rəhbərliyi tərəfindən 1993-cü ildə ölkəni bürüyən aclığı ifadə etmək üçün düşünülmüşdü. 4 il davam edən həmin aclıq vaxtı beynəlxalq təşkilatların hesablamalarına görə, 240 min - 3,5 milyon arasında insan həlak olmuşdu.

Vüqar İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir