Modern.az

Ramzan Kadırov üçün saraylar: Çeçenistan rəhbərinin “gizli rezidensiyası” - FOTOLAR

Ramzan Kadırov üçün saraylar: Çeçenistan rəhbərinin “gizli rezidensiyası” - FOTOLAR

Dünya

30 Mart 2016, 11:58


Rusiya prezidenti Vladimir Putin ötən həftə Ramzan Kadırovun “yaxşı təsərrüfatçı” olduğunu qeyd edib, eyni zamanda qanunlara əməl etməyi məsləhət görərək ona yenidən Çeçenistanın rəhbərliyini həvalə etdi. Prezident bununla nəyə işarə edirdi?
 Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Kadırovun məlum olan və olmayan rezidensiyaları ortaya çıxarılıb.

Qudermes

Ramzan Kadırov Çeçenistan Respublikasının rəhbəri postunda artıq iki müddət keçirib. Onun birinci inauqurasiyası 2007-ci ildə Qroznıda deyil, Qudermesdə keçirilib. Çeçenistanda böyüklüyünə görə ikinci olan məhz həmin şəhərdə Kadırovun “qeyri-rəsmi rezidensiyası” (belə də adlandırırlar) yerləşir.

Ərazisi iki hektar olan həmin yerdə “Arzu” adlı xudmani ev və ətrafında kotejlər tikilib. Burada mətbuat konfransı üçün zal, banket zalı, su hovuzu, balıqlar üçün göl və gəzinti üçün qayıqlar – bir sözlə lazım olan hər şey var. 2007-ci ildə inauqurasiya üçün məxsusi olaraq Kadırovun and içdiyi tribuna ətrafında 2 min qonaq üçün pavilyon hazırlanıb. Burada qəfəslərə vəhşi heyanlar salınıb, əraziyə tovuz quşları buraxıblar.

Bura rəsmi olaraq “Ramzan” respublika idman klubunun mərkəzi bazası adlandırılıb. 2013-cü ildə yerli boksçuların burada keçirilən yarışında hakimlikdən narazı qalıb və klub buraxılıb. İndi “Ramzan” yerinə digər klub “Axmat” qeydiyyatdan keçirilib. Bununla belə həmin ərazinin klubun ixtiyarında qalıb-qalmadığı məlum deyil. Digər tərəfdən, Kadırovun Qudermesdəki rezidensiyası da heç bir kadastr xəritəsində göstərilimir, məlumatlar isə gizlədilib.

Ancaq Ramzanın özünün də təsisçilərindən biri olduğiu Kadırov adın fondun boksçulara sponsorluq etdiyi gizli deyil.

Sentaroy

Kadırovların Sentaroydakı ailə yuvası bu gün Ramzanın anası Aymani Kadırovaya məxsusdur. Əslində bu, rezidensiya deyil, guya pensiya hesabına tikilən şəxsi mülkdür. Ancaq bu boyda ərazisi olan sarayı təkcə pensiya hesabına tikmək mümkün deyil. Belə güman edilir ki, həmin sarayın tikilməsi üçün Ramzanın həyat yoldaşının rəhbərlik etdiyi Kadırov adına fondun da maliyyəsindən istifadə edilib.

Fond 2004-cü ildə müharibə zamanı dağılan respublikanın bərpası, ehtiyacı olanlara dəstək vermək məqsədilə yaradılıb.

Hüquq müdafiəçiləri bu fondu az qala respublikadakı biznes strukturlarına qarşı reketlik etməkdə suçlayır, fondun özünün də biznes qurumları var, bir neçə şirkət yaradılıb. Onlar təkcə tikinti ilə deyil, həm də dondurma istehsalı, tibb, hətta pərakəndə alkoqol ticarəti ilə məşğuldurlar.

Beləliklə, Sntaroydakı saray öz gözəlliyi ilə görənləri məst edir.

Qroznı

Kadırovun Qroznıdakı yeganə rəsmi iş rezidensiyasının tikintisinin xərcləri fonddan deyil, büdcədən ödənilib. Onun tikintisi dövlətə təxminən 3 milyard dollara başa gəlib. İçərisinə xalçalar və qobelenlər sərilib, ətrafında 16 min gül əkilib.

Araşdırma zamanı məlum olub ki, Çeçenistanın rəhbərinin yeni şəxsi rezidensiyası düz qonşuluqda, Sunja çayının o biri sahilində, birbaşa administrativ komplekslə üzbəüzdədir. Bu rezidensiya ilə bağlı heç bir məlumat, hətta bircə foto belə yoxdur. Qroznıda həmin tərəfə hətta fotoqraf göndərməyi belə məsləhət görmürlər.

Bundan əlavə, Ramzan Kadırov 2344 kvadratmetrlik şəxsi saraya 2014-cü il dekabrın 12-də sahib olub. Bu sarayın ona Konstitusiya Günündə hədiyyə olunduğu da mümkün hesab edilir. Çünki məmurun öz əmək haqqı belə dəbdəbəli saray tikməsinə imkan verməz.

Yeri gəlmişkən, Ramzan Kadırov istefaya gedəcəyi təqdirdə özünə Moskvada sığınacaq yeri kimi ev əldə edib. Rusiya paytaxtının prestijli “Vorobyev dağları” tikinti kompleksində Ramzanın həyat yoldaşı Medninin adına 210 kvadratmetrlik mənzil alındığı üzə çıxıb. Yuxarı mərtəbələrdən birindəki həmin mənzilin  bu gün dəyərinin 200 milyon rubl olduğu bildirilir.

Medninin yaxın zamana qədər rəsmi heç bir gəlirinin olmadığını nəzərə alsaq (hər ehtimala qarşı, 2014-cü ilin bəyannaməsində Ramzan Kadırovun arvadının gəliri göstərilməyib), onda 2006-cı ildə həmin mənzili onun hansı vəsaitlə əldə etdiyi şübhə doğurur.

Qeyd edək ki, indi birinci ledinin şəxsi “Firdaus” gözəllik salonu, eyniadlı Modalar evi var.









Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?