Modern.az

İŞİD Rusiyadakı terrora görə məsuliyyəti üzərinə götürdü

İŞİD Rusiyadakı terrora görə məsuliyyəti üzərinə götürdü

Dünya

30 Mart 2016, 13:10


İŞİD qruplaşması bu səhər Dağıstanın Kaspiysk şəhərində 2 polis avtomobilinin partladılmasına görə məsliyyəti öz üzərinə götürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma üzvləri maşın karvanının hərəkəti zamanı yolda quraşdırdıqları 2 bombanı partlatdıqlarını deyib.

Hadisə zamanı maşınlarda 10 polis əməkdaşı olub. Onlardan 1-i həlak olub, 2-si isə xəsarət alılb.

Bundan əvvəl, İŞİD-in Rusiyanın cənubunda fəaliyyət göstərən filialı dekabr və fevral aylarında Dərbənd şəhərində 3 təhlükəsizlik xidməti əməkdaşının həlak olduğu hücumlara görə də məsliyyəti öz üzərinə götürmüşdü.

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı