Bu gün Bakıda "Uşaqların ailələrə verilməsi və onların alternativ qayğı ilə təmin olunması mexanizminin yaradılması" layihəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov bildidb ki, Təhsil Nazirliyində ailəyə ehtiyacı olan uşaqlar haqqında məlumat bazası yaradılıb. Nazirin sözlərinə görə, 2010-cu ilin ikinci yarısında 8 uşaq ailələrə verilib. Daha 27 uşağın ailələrə verilməsi üçün baza məlumatları var.
M.Mərdanov deyib ki, ölkədəki 46 dövlət uşaq evində və internatda 9874 uşaq tərbiyə olunur. Onlardan 3860 nəfəri daimi olaraq bu müəssisələrdə yaşayırlar. Əvvəllər bu göstərici 4055 uşaq təşkil edib.
Nazir deyib ki, valideyn himayəsindən məhrum olan 590 uşaq üçün evlər tikiləcək. Evlər əvvəlcə Bakının Suraxanı və Xəzər rayonlarında tikiləcək.