Tanınmış yazıçı prezidentin səlahiyyətinin artlırılmasına çağırıb
Qazaxstanın bir sıra ictimai xadimləri preizdent Nursultan Nazrbayevin səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılamsını təklif ediblər. Modern.az “Xabar” Agentliyinə istinadən bildirir ki, onlar bu məqsədlə referendum keçirilməsini təklif edirlər.
İdeyanın tərəfdarları Ust-Kamenqorsk şəhərində forum təşkil ediblər. Burada Qazaxstanın müxtəlif yerlərindən 800 nəfər işitirak edib. Bunların içində parlamentin deputatları və yerli icra hakimiyyətləri nümayəndələri olub. Forumda çıxış edən tanınmış qazax yazıçısı Oljas Süleymanov deyib ki, hazırkı prezidenti “mühüm tapşırıların həllindən yayındırmağa ehtiyac yoxdur. Əgər seçkilər keçirilsə onsuz da nəticələri əvvəlcədən bəllidir. Buna görə milyonlarla pul xərcliyib seçki keçirməyə ehtiyac yoxdur”.
İştirakçılar bu sözləri alqışlarla qarşılayıblar.
Hazırda Forum iştirakçıları referendum keçirilməsi üçün təşəbbüs qrupunu yaradırlar.
Qeyd edək ki, analoji refernedum 1995-ci ildə keçirilib. O zaman Nazarbayevin səlahiyyəti uzadılmışdı. Nazarbayev prezident postunu 1990-cı ildən tutur. Onun dördüncü dəfə seçkilərə qatılması barədə mövqeyini məsləhətçisi Ermuhemmed Ersıbayev bu günlərdə açıqlayıb.