Modern.az

Təyyarə qaçıranın arvadı: “O çox təhlükəli narkomandır”

Təyyarə qaçıranın arvadı: “O çox təhlükəli narkomandır”

31 Mart 2016, 17:24

Bir neçə gün öncə İsgəndəriyyə-Qahirə reysi ilə hərəkət edən təyyarəni qaçıran Saif Eldin Mustafa haqda yeni məlumatlar ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun keçmiş həyat yoldaşı Marina Paraşkau ərini “çox təklükəli adam” kimi xarakterizə edib.

Onun sözlərinə görə əri onunla həmişə kobud davranıb, uşaqlarını döyüb və tez-tez narkotik vasitələr qəbul edib.   Paraşkaunun sözlərinə görə əri Fələstin Azadlıq Təşkilatının fanatı kimi 3 yəhudi əsgərini şəxsən öldürməsi ilə öyünüb, bundan başqa, Suriya həbsxanasında 4 il həbs yatıb.

Eldin Mustafa ötən gün Kipr məhkəməsinin qərarı ilə 8 sutkalıq həbs cəzası almışdı.

Onun özü isə təyyarəni qaçırmasını həyat yoldaşını və uşaqlarını uzun müddətdir ki, görə bilməməsi ilə əlaqələndirmişdi.   Martın 29-u səhər saatlarında İsgəndəriyyə-Qahirə marşrutu ilə hərəkət edən A320 təyyarəsini ələ keçirən Eldin Mustafa göyərtədəki 56 sərnişini və 8 heyət üzvünü girov götürmüşdü.  

O, Kiprin Larnaka hava limanında polislə bir neçə saatlıq danışıqlardan sonra könüllü təslim olmuşdu.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür