Modern.az

Müxalifət Putini məhkəməyə verir

Müxalifət Putini məhkəməyə verir

Təhsil

23 Dekabr 2010, 18:27

Rusiyanın müxalifət liderləri olan Boris Nemtsov, Vladimir Milov və Vladimir Rıjkov  baş nazir Vladimir Putini məhkəməyə verib. Modern.az rus mətbuatına istinadla xəbər verir ki, müxalifətçilər Putinin onlara böhtan atdığını deyirlər. Boris Nemtsov bildirib ki, onlar baş nazirdən mənəvi zərərə görə 1 milyon rubl tələb edirlər. Bundan başqa, “Rusiya” telekanalından da Putinin böhtanını yaydığı barədə təkzib verməyi tələb edirlər.

Qeyd edək ki, dekabrın 16-da telekanalın keçirdiyi “Putinlə canlı söhbət” zamanı baş nazirə verilən sualın cavabında o, müxalifətçiləri oğruluqda ittiham edib. Putin deyib ki, Nemtsov və digərləri pul və hakimiyyət istəyirlər. “90-cı illərdə onlar hay-küy sala biliblər, o zaman Berezovski ilə birgə bir neçə milyard daşıyıb aparıblar”.

Müxalifətçilər bildiriblər ki, Putin birləşməkdə olan müxalifətçiləri ləkələməyə çalışır.
Baş nazirin bəyanatına biznesmen Berezovski də münasibət bildirib.  “The New Times” qəzetinə açıqlamasında o deyib ki, 1999-cu ildə Putinin seçki kampaniyasına 25 milyon dollar pul verib.

“Əgər onun kampaniyası “çirkli pullar” hesabına aparılıbsa, o zaman Putin də legitim prezident sayıla bilməz”-deyə Berezovski vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə