Modern.az

Prezidenti parlamentdə fitə basdılar

 Prezidenti parlamentdə fitə basdılar

Dünya

31 Mart 2016, 20:13

 

Keniya prezidenti Uxura Keniata parlamentdə çıxış edərkən fitə basılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, insident prezidentin xalqa illik müraciəti zamanı qeydə alınıb.

Deputatlar bununla Keniatanı çıxışını dayandırıb zalı tərk etməyə cəhd göstəriblər. Uxura Keniata Beynəlxalq cinayət məhkəməsinin prokurorları tərəfindən 2007-ci il seçkilərindəki məğlubiyyətdən sonra insan əleyhinə cinayət törətməkdə ittiham olunub.

O vaxt 1200 keniyalı öldürülüb. 2014-cü ilin dekabrında bu ittiham sübut olmadığına görə geri götürülüb.  

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir