Modern.az

Milyard dollarlıq “əsrin toyu”-Fotolar

  Milyard dollarlıq “əsrin toyu”-Fotolar

Dünya

31 Mart 2016, 21:02


 

Rusiyalı oliqarx Mixail Qutserievin 26 yaşlı oğluna keçirdiyi dəbdəbəli və çox bahalı toy həm yerli, həm də xarici kütləvi informasiya vasitələrinin diqqətini cəlb etdi. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, artıq məlumdur ki, bizmesmen hamının haqqında söhbət etdiyi bu dəbdəbəli gecə üçün həm ailəsi, həm də qonaqlar üçün milyard dollardan çox xərcləyib.

Milyarder Mixail Qutseriev toya 600-dən çox adam dəvət edib, yerli və əcnbəi ulduzlara – Elton Con, Stinq, Patrisiya Kass, Cenifer Lopes, Beyons, Enrike İqlesias, Alla Puqaçova, Kristina Orbakayte, Stas Mixaylova – heç şübhəsiz ki, qonaqlarını ürəyi istədiyi kimi əyləndiriblər - əfsanəvi miqdarda qonorar ödəyib.

Gəlinin Elie Saab modalar evinin hazırladığı 25 kiloqramlıq donuna, qiymətli daşlarla bəzədilən tacına, bəzi məlumatlara görə, təxminən 400 milyon rubl xərclənib. Qutserievin oğlu Said və onun gənc nişanlısı, 19 yaşlı tələbə Xədicə Ujaxovanın toyunda ailə adından hədiyyə olaraq verilən balaca sandığın hər biri milyarderə 165 min rubla başa gəlib. Belə sandıqcadan 300 ədəd sifariş verildiyi də məlum olub.

Oliqarxın bunca bədxərcliyi isə Rusiyada ciddi müzakirələrə səbəb olub. 

Bəzi iddialara görə, Qutseriev bu dəbdəbəli toya görə hakimiyyət səviyyəsində ciddi qınaqlara, hətta təzyiqlərə də tuş gələ bilər.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir