Modern.az

İŞİD liderinin keçmiş arvadı onunla həyatından danışdı

 İŞİD liderinin keçmiş arvadı onunla həyatından danışdı

Dünya

31 Mart 2016, 22:57

 

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin keçmiş arvadı onunla birgə həyatından danışıb. Modern.az bildirir ki, bu haqda “The Independent” məlumat yayıb.

“Mən normal ailə adamına – universitet professoruna ərə getmişəm. O, işə gedib evə qayıdardı, öz ailəsinin yanına. O, heç bir müqavimət hərəkatında iştirak etmirdi. Onun dünyada ən təhlükəli ekstremist təşkilatının necə lideri olması mənim üçün təəccüblüdür”, - 28 yaşlı Sadja ad-Duleyma deyib.

Qadının sözlərinə görə, onun keçmiş əri çox sirli insandır: “Onunla normal danışmaq mümkün deyil. Mən onu sevmirdim, onunla xoşbəxt deyildim və ondan ayrıldım. Üstəlik bu onun birinci xanımına qarşı haqsızlıq idi. O, çox həyəcan keçirdi”.

Sadja ad-Duleyma ilə Bağdadinin nikahı 2009-cu ildə kəsilib və cəmisi 3 ay çəkib. Bununla belə, onun ən tanınmış arvadı hesab edirlər.

Cihad aləminə təsirinə görə, Xalifessa ləqəbi alıb. Sadja üzünü hicabla örtməyərək açıq şəkildə bütün dünyadan İŞİD-ə qoşulmaqla qadınlara sədaqətli ərlər və layiq olduqları həyata qovuşacaqlarına çağırış edib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır