Modern.az

Vaşinqtonda kritik Ərdoğan-Obama gürüşü 50 dəqiqə çəkdi

Vaşinqtonda kritik Ərdoğan-Obama gürüşü 50 dəqiqə çəkdi

Dünya

1 Aprel 2016, 09:56


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə bir araya gəlib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu görüş Vaşinqtonda dünya ölkələrinin dövlət başçılarının da qatıldığı Qlobal Nüvə Sammitində baş tutub.

Prezidentlər arasında Ağ Evdə baş tutan ikitərəfli görüş təxminən 50 dəqiqə çəkib.

Ərdoğanla Barak Obama arasındakı ikitərəfli görüşdə regional təhlükəsizlik, terrorizmlə mübarizə və qaçqınlarla əlaqədar olaraq Türkiyə-ABŞ arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.

 İkitərəfli görüşdə həmçinin İŞİD-in ortadan qaldırmağa yönəlik birgə səyləri daha da artırmaq üçün mübarizənin aparılması da müzakirə olunub.

ABŞ Prezidenti Obama Prezident Ərdoğan ilə görüşündə Diyarbəkirdəki terror hücumunda həyatını itirənlərə görə başsağlığı verib, yaralılar üçün də şəfa dilədiyini bildirib.   

Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlərini davam etdirəcək.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar