Modern.az

İspaniya rusiyalı məmuru axtarışa verdi

İspaniya rusiyalı məmuru axtarışa verdi

1 Aprel 2016, 13:47


İspaniya Prokurorluğu Rusiya Federal Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə Xidmətinin sədr müavini Nikolay Aulovu beynəlxalq axtarışa verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Aulov rus mafiyası ilə əlaqədə şübhəli bilinir.   İspan müstəntiqləri Tambov cinayətkar qruplaşmasının lideri Qennadi Petrovun 2008-ci ildən bəri Nikolay Aulovla sıx əlaqədə olduğunu və qanunsuz yolla əldə olunan çirkli pulların yuyulmasında ona yardım etdiyini müəyyənləşdirib.

Artıq Rusiya Federal Narkotiklərin Dövriyyəsinə Qarşı Mübarizə Xidmətinin sədri Viktor İvanyev bu qərarı “qeyri-professional” adlandırıb.

Bundan öncə, İspaniya hüquq-mühafizə orqanları eyni iş üzrə Rusiya Dumasının deputatı Vladislav Rezniki də beynəlxalq axtarışa vermişdi.  

Vüqar İsmayılov        

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir