Modern.az

Abdulla Gül Ermənistana “işğalçı” dedi...

Abdulla Gül Ermənistana “işğalçı” dedi...

Təhsil

23 Dekabr 2010, 20:06

“Biz Ermənistana xoş niyyət bəsləyərək onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul etmişik və orada əməkdaşlığımızı xoş niyyətlə gücləndirməyə çalışırıq.
Türkiyə Cənubi Qafqaz bölgəsinə sülh və əmin-amanlıq gəlməsi üçün heç vaxt xoş niyyətini əsirgəməyəcək. Biz Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmaq istəyərkən Azərbaycanla Ermənistan arasındakı münasibətlərin də normallaşdırılmasını arzu edirik. Ancaq bunun ilk şərti Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.

Bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XI zirvə toplantısından sonra mətbuat konfransı keçirən Türkiyə prezidenti Abdulla Gül APA-nın Türkiyə müxbirinin sualına cavabında deyib.

A.Gül bildirib ki, bölgədə sülh prosesinin önünün açılması üçün Azərbaycan torpaqları mütləq işğaldan azad edilməlidir:
“Uzun müddətdən bəri xroniki hala gələn münaqişələri qısa müddətdə həll etmək asan deyil. Açıq deyirəm, indiki de-fakto durum heç kimin faydasına deyil. Ermənistanın heç faydasına deyil. Biz bu problemin həlli üçün əlimizdən gələni hər şeyi edəcəyik. Bu cür münaqişələrin həlli səbr istəyir. Və biz də səbrlə işlərimizə davam edəcəyik. Bu işdə açıqladığımız və açıqlamadığımız məqamlar var. Bölgədəki sülhün ilk şərti Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasıdır”.

A.Gül Azərbaycanın EKO İnkişaf Bankına üzv olmaq üçün müraciət etdiyini də açıqlayıb. EKO-nun növbəti sammiti gələn il Bakıda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır