Modern.az

Azərbaycan Prezidentinin Türkiyə səfəri başa çatıb

Azərbaycan Prezidentinin Türkiyə səfəri başa çatıb

24 Dekabr 2010, 00:25

İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 23-də başa çatıb. İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola salıblar.

Prezident İlham Əliyev artıq Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlət başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?